Sarkisyan Paşinyanın qorxusundan geri çəkildi

24 Oktyabr, 2018 14:33 | Siyasət | Baxış sayı: 115
Armen Sarkisyan və Nikol Paşinyan nümayişçilər arasında görüşür
Armen Sarkisyan və Nikol Paşinyan nümayişçilər arasında görüşür

O, parlamentin reqlamentinə dəyişikliyi təsdiqləməkdən imtina edib

Ermənistan prezidenti Armen Sarkisyan parlamentin reqlamentinə düzəlişlərlə bağlı oktyabrın 2-də deputatların qəbul etdiyi qanunu imzalamaqdan imtina etdi. Prezident daha öncə bu qanunu təsdiqləyəcəyini bildirsə də, sonradan dəyişikliklərlə bağlı Konsitutsiya məhkəməsinə müraciət etmək qərarına gəlib. 

Bu yolla prezident özünü kütlənin narazılığından sığortalamağa çalışıb. Sarkisyan qorxur ki, Paşinyanın kütlənin köməyi ilə onu istifaya getməyə məcbur edə bilər. Onun yerinə isə Levon Ter Petrosyan təyin edilə bilər. Bunun üçün də o təhqir və tənqidləri belə gözə alaraq kütlənin təzyiqindən qaçmağa çalışır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin buraxılması yolu ilə dekabrda növbədənkənar seçkilərin keçirilməsi məqsədilə 16 oktyabrda istefa verib.

Bu dəyişiklik baş nazirinin ikinci dəfə seçilməsinə zərurət yaranacağı təqdirdə qanunvericilik orqanının buraxılmasının qarşısını almağa, növbədənkənar parlament seçkinin keçirilməsinin vaxtını uzatmağa   imkan verir. 

Bu isə Paşinyanın növbədənkənar seçki planlarını alt-üst edir. Bundan hiddətlənən Paşinyan atılan addımı “əksinqilabın rəsmən başlanması” kimi qiymətləndirib və həmin gün tərəfdarlarını parlamentin önündə etiraz aksiyası keçirməyə çağırıb.

Paşinyan mitinq edənlərin qarşısına çıxaraq yenidən bunun əksinqilab olmasından, hakimiyyəti ələ keçirmək istəklərindən danışıb. O, kütlənin alqış sədaları altında partiyaları parlamentdə qəbul edilən adıçəkilən qanunu dəstəkləyən 6 naziri işdən qovub.