Putin Paşinyanı geri çəkilməyə məcbur etdi

24 Oktyabr, 2018 18:57 | Siyasət | Baxış sayı: 618
Paşinyan yerini yenidən Qarabağ klanına verməli olacaq
Paşinyan yerini yenidən Qarabağ klanına verməli olacaq

Ermənistanda vətəndaş müharibəsi qorxusu “inqilab liderini” qorxudub

Ermənistanın bəzi ekspertləri Nikol Paşiyanın bu gün parlamentdə baş nazir seçilə bilməməsinin əsas səbəbinin Rusiya ilə bağlı olduğunu düşünürlər.

İstiPress-in məlumatına görə, onlar dəfələrlə Paşinyanın addımlarının Rusiyanı, xüsusilə də prezident Vladimir putini hövsələdən çıxardığını vurğulayıblar.

Məsələn,  erməni analitik Haykazun Alvrasyan Putinin Azərbaycana səfər etdikdən sonra Ermənistana səfərini təxirə salmasını xüsusi vurğulayır və bunu Ermənistanın uduzması kimi dəyərləndirir: “Putinin İrəvana gəlməməsi Ermənistan hakimiyyətinə yönəlmiş dəqiq ismarış idi ki, KTMT ətrafında bir də böyük səs-küy qaldırmasınlar… Putinin Bakı səfəri bəlkə də bizim heç zaman bilməyəcəyimiz anlaşma imzalanıb”,- deyə Alvrasyan ehtimallar səsdəndirir.

Təbii ki, Moskva vəziyyəti bu cür qoymazdı və bu gün Paşiyanın deputatları ona səs verməməyə çağırması yəqin ki, Rusiyanın qeyri-rəsmi tövsiyyəsi ilə bağlıdır. Moskva komandası başdan-ayağa Rusiya düşmənlərindən ibarət olan Paşinyanı qeyri-rəsmi yollarla başa sala bilər ki, onun hakimiyyəti alınmayacaq. Yəni Paşiyan indi özü könüllü çəkilməsə, məsələn baş nazirliyi Qaqik Sarukyan kimi üçüncü bir şəxsə ötürüb kənara çəkilməsə ciddi problemlərlə üzləşəcək.

Bu fikir erməni ekspert Naira Ayrumyanın "Lragir"də yazdığı son məqaləsində vurğulanır. Ayrumyan bildirir ki, Nikol Paşiyan bu gün baş nazir seçilməməklə yanaşı yeni Seçki Məcəlləsinə düzəlişin qəbul olunmasına da mane olub. Təklif edilən yeni düzəlişə görə, parlamentə ən azı 4 partiya daxil olmalıdır. Hazırda isə bu, 3-dür.

Ayrumyan bildirir ki, Paşinyan yeni parlamentdə Qaqik Sarukyanı görmək istəmir və onun siyasətçi yox, biznesmen olduğunu vurğulayır. Bu isə avtomatik olaraq parlamentdə keçmiş iqtidardan sonra ikinci səs çoxluğuna malik Sarukyan blokunu Paşinyanın düşməni edir.

Buna görə, parlamentdə keçiriləcək növbəti seçkilərdə rahatlıqla yeni baş nazir seçilə bilər və Nikol Paşiyan oyundan  kənar qala bilər. Sarukyan bloku və keçmiş iqtidar Rusiyaya loyal, həm də xalq arasında populyar olan birini baş nazir seçə bilərlər. Bu isə parlament seçkisinin dekabrda yox, apreldə keçirilməsi demək olacaq. Həm də bu addımla Nikol Paşiyanın hazırda sahib olduğu siyasi pressinq aparatı - güc strukturları əlindən alınacaq. Yəni Nikolun İrəvan seçkilərində olduğu kimi özünə 81% səs yazmaq imkanı aradan qalxacaq. Beləliklə, Rusiyanı tam qane edən biri Ermənistan baş naziri olacaq. Bu, həm də Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyənlərin bütün ümidlərini sıfra endirəcək.

Əlbəttə, Paşiyan bununla razılşmaya bilər və xalqdan istifadə edərək parlamenti Saakaşvili variantı ilə ələ keçirə bilər. Lakin o bilir ki, Ermənistanın əsas strateci tərəfdaşı olan Rusiya həmin hakimiyyətin legitimliyini tanımayacaq. Nəticədə, vətəndaş müharibəsi ilə belə olsa, öz adamlarını hakimiyyətə gətirəcək. Həmin variantda isə Paşiyan uzun illər İrəvan həbsxanaları arasında qalmağa məcbür olacaq. Amma Putinin tövsiyyəsi ilə «demokratik yolla» hakimiyyəti Rusiyaya bağlı birinə ötürsə, keçmiş iqtidardan olması şərt deyil, o, uzun illər əsas parlament müxalifətinin başçısı kimi karyerasını təmin etmiş olacaq.