Paşinyanı baş nazir seçmədilər

24 Oktyabr, 2018 17:20 | Siyasət | Baxış sayı: 218
Ermənistan parlamenti
Ermənistan parlamenti

Onun namizədliyi baş nazirin seçilməsi üçün yox, seçilməməsi üçün irəli sürülüb

Ermənistanın Milli Məclisinin deputatları baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanı baş nazir vəzifəsinə seçməyiblər.

İstiPress-in "news.am"a istinadən məlumatına görə, Ermənistanın Respublika Partiyası (ERP), əvvəlcədən bəyan etdiyi kimi, Paşinyanın namizədliyi üçün səs verməyib.

Səsvermədə ERP, "Daşnaksutyun" və Tsarukyan blokunun fraksiyaları iştirak etməyiblər.

Paşinyanın namizədliyinin lehinə deputatların heç biri səs verməyib, 11 deputat bitərəf qalıb, bir nəfər əleyhinə səs verib.

Paşinyan əvvəlcədən bildirmişdi ki, onun namizədliyi baş nazirin seçilməsi üçün yox, seçilməməsi üçün irəli sürülüb.

Ermənistan parlamentinin buraxması və dekabrda vaxtından əvvəl seçkilərin təyinatı üzrə Paşinyanın öz planına əsasən lazımdır ki, təkrar səsvermə də uğurlu keçməsin.