Müşfiqin qalıqlarının ekspertizası başlayır

24 Oktyabr, 2018 11:08 | Siyasət | Baxış sayı: 86
Mikayıl Müşfiq və həyat yoldaşı Dilbər Axundzadə
Mikayıl Müşfiq və həyat yoldaşı Dilbər Axundzadə

Şairin olduğu ehtimala edilən qalıqlar “NKVD”nin gizli qəbiristanlığından götürülüb

İctimai qrupun təşəbbüsü ilə bu gündən antropoloqlar və genetiklər Stalin repressiyalarının qurbanı olmuş böyük Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu güman edilən qalıqların tədqiqatına başlayacaqlar.

İstiPress-in məlumatına görə, bu barədə "virtualaz"-a xalq yazıçısı Çingiz Abdullayevin rəhbərlik etdiyi İctimai qrupdan məlumat veriblər.

Ötən gün İctimai qrupun fəalları güman edilən qalıqlarları “NKVD”nin Qaradağ rayonunun Puta qəsəbəsindəki gizli qəbiristanlığından götürüblər.

DNK ekspertizasının ən yeni metodları bu gün hətta insanın haradan olduğunu dəqiqləşdirməyə və onun xarici görünüşünü təsvir etməyə imkan verir.

Xatırladaq ki, məşhur Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov atası Teymur Əhmədovun qalıqlarını axtararkən Stalin repressiyası illərində cəzalandırılanların bir çoxunun qalıqlarının da uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdiyini bildirmişdi.

1938-ci ilin yanvarında, şairin hələ 30 yaşı tamam olmamış SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası 20 dəqiqədən də az çəkən iclasında onu Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə, hansılardan ki, ən qorxulusu Vətənə xəyanət haqqında idi, ittiham etdi və barəsində güllələnmə qərarı çıxardı...

Genetikləri ağır və gərgin iş gözləyir. Məlum olduğu kimi, ana xətti üzrə Mikayıl Müşfiqin qohumları demək olar ki, qalmayıb. Belə hallarda isə DNK analizi aparmaq xüsusilə çətindir.

Məhkəmə-tibbi ekspertiza Birliyindən bildiriblər ki, Azərbaycanda belə DNK analizlərinin keçirilməsi üçün şərait və lazımi aparatura var, ancaq indiki halda hər şey ekspertizaya təqdim olunacaq materialların vəziyyətindən asılı olacaq.

"Ekspertiza, əlbəttə, bir gün çəkməyəcək. Çünki dəfn kütləvi şəkildə və necə gəldi aparılıb, üstəlik həmin yer atmosfer çöküntülərindən qorunmayıb, ona görə də qalıqlarlar analizlər üçün mürəkkəb ola bilər. Bundan başqa, birbaşa qan qohumlarını tapmaq lazımdır", - deyə ekspertlər bildiriblər.