Motoatıcı bölmələr atış icra etdi VİDEO

24 Oktyabr, 2018 12:58 | Siyasət | Baxış sayı: 41
Təlim
Təlim

Təlim döyüş hazırlığı planına əsasən baş tutub

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən motoatıcı bölmələrin şəxsi heyəti poliqonda təlim atış çalışmalarını icra edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi qulluqçular avtomat, minaatan və qumbaraatanlardan müxtəlif məsafələrdə yerləşən hədəflərin vurulması üzrə tapşırıqları yerinə yetiriblər.