Moskva satqın erməni memara qarşı

24 Oktyabr, 2018 10:00 | Siyasət | Baxış sayı: 145
Moskva
Moskva

"Ona ölkənin heç bir tərəfində yer yoxdur"

Erməni memara Moskvada yer yoxdur. Rusiya paytaxtının nümayəndələri şəhərdə Karo Alabyana abidə qoyulmasının qəti əleyhinə çıxıblar. Stalinin dövründə o memar kimi fəaliyyət göstərib. Amma erməni memar çox sayda rusiyalı mütəxəssisin fəaliyyətinə maneələr yaradıb, onların yaradıcılığına imkan verməyib.

"Karo Alabyan bizim üçün antiqəhrəmandır. Ona nəinki Moskva, Rusiyanın heç bir tərəfində yer yoxdur", deyə ziyalılar etirazlarını bildiriblər. 

Abidənin bütün xərclərini Ermənistan üzərinə götürüb. Bu ölkənin Moksvadakı səfiri çox ümid edir ki, razılıq əldəe diləcək. Amma onun da fikrincə, bunu etmək olduqca çətin başa gələ bilər.