Klintonların evinin poçt qutusuna bomba qoyulub

24 Oktyabr, 2018 18:14 | Siyasət | Baxış sayı: 34
Bill və Hillari Klintonlar
Bill və Hillari Klintonlar

Partlayıcı qurğu bir neçə gün əvvəl Sorosun evinin poçt qutusuna qoyulanla eynidir

ABŞ-ın keçmiş prezidenti Bill Klintonla həyat yoldaşı Hillari Klintonun evinin poçt qutusunda partlayıcı qurğu aşkarlanıb.

İstiPress-in məlumatına görə, bu barədə “New York Times” məlumat yayıb. 

Bombanı Klintonların Nyu-Yorkdakı evlərinin poçt qutusunu yoxlayan işçiləri tapıb. 

Hüquq-mühafizə orqanı əməkdaşının sözlərinə görə, partlayıcı qurğu bir neçə gün əvvəl amerikalı milyarder Corc Sorosun evinin poçt qutusuna qoyulanla eynidir.