Ermənilər yenə baş nazir seçir - cəmi 1 namizədlə

24 Oktyabr, 2018 11:27 | Siyasət | Baxış sayı: 83
Ermənistan parlamenti
Ermənistan parlamenti

Paşinyan xalqı hər şeyə hazır olmağa çağırdı

Bu gün Ermənistan parlamenti yenidən baş nazir seçməlidir. Buradakı partiyalardan heç biri öz namizədini irəli sürməyib. Əslində baş nazir seçiləcək şəxsin adı çoxdan bəllidirsə buna heç ehtiyac da yoxdur...

Bu isə əlbətdə ki, inqilabçıların başçısı Nikol Paşinyandır. Paşinyana əslində bu gün seçilməmək sərf edir. Çünki bu onun xeyrinə olar. Belə ki, konsitutusiyaya görə, əgər nazir seçkisi baş tutmasa parlament buraxılacaq.

Seçki ərəfəsində baş nazir vəzifələrini icra edən şəxs - yəni Paşinyan yenidən “Facebook”la xalqa müraciət edib. O, bildirib ki, əgər birdən parlamentdə nə isə plan üzrə getməsə o ancaq xalqa güvənir.

Paşinyanın özü kütlənin əvvəlki kimi onun əsas silahı olduğunu gizlətmir. O, vətəndaşları parlamentdə baş verənləri diqqətlə izləməyə və lazım olarsa onu müdafiə etməyə çağırıb. Baş nazir Ermənistanda hər şeyin yaxşı və az qala qəbristanlıqdakı kimi sakit olmasını arzu etdiyini də deyib. 

Heç kimin şübhəsi yoxdur ki, deputatlar necə lazımdır elə səs verəcəklər. Axı hamı işdən sonra ailəsinin yanına sağ-salamt qayıtmaq istəyir.