“Əliyevlə İranın nüvə proqramını müzakirə etdik” - Bolton Bakıda

24 Oktyabr, 2018 17:27 | Siyasət | Baxış sayı: 119
Con Bolton
Con Bolton

ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Qarabağa görə Ermənistana səfər edəcək

Prezident İlham Əliyevlə görüşdə İran məsələsi ilə bağlı da intensiv danışıqlar apardıq. İranı nüvə proqramı və bu istiqamətdəki siyasətindən daşındırmaq üçün atılacaq addımları müzakirə etdik. 

İstiPress  “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana səfərinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Vaşinqton hazırda Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək məsələsinə baxmır:

“Son sanksiyanı 4 ay əvvəl Skripal məsələsi ilə bağlı tətbiq etdik. Praktikada ABŞ altı ay başa çatdıqdan sonra əlavə sanksiyalar tətbiq edir”. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını diqqətə çatdıran ABŞ rəsmisi qeyd edib ki, bu problemin həlli ABŞ üçün də mühüm əhəmiyyət kəsb edir. Qarşıdakı dövrdə Ermənistana səfər edəcəyini, məsələ ilə bağlı rəsmi İrəvanın da mövqeyi ilə tanış olacağını vurğulayan C.Bolton əlavə edib ki, ATƏT MQ-nin həmsədri kimi ABŞ, bundan sonrakı dövrdə də münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək.