Diplomat hirsləndi, ayaqqabısını çıxardı və... VİDEO

24 Oktyabr, 2018 11:02 | Siyasət | Baxış sayı: 80
İtaliyalı deputat
İtaliyalı deputat

"Biz başımızı əyməyəcəyik"

Avropa Birliyinin İtaliyanın 2019-cu il üçün olan büdcə planını rədd etməsi bu ölkənin nümayəndəsinin xoşuna gəlməyib. İstiPress-in məlumatına görə, Angelo Ciokka AB komissiyasının iqtsadi və maliyyə işlərindən məsul olan komissarı Pierre Moscovicin sənədlərini ayaqqabısı ilə əzib. Bununla da o etirazını bildirib. 

Gözlənilməz hadisə Starssburqda keçirilən mətbuata konsfransı zamanı, onlarla jurnalistin gözü qarşısında baş verib. İtalya Lig Partiyasının üzvi olan Ciokka masaya yaxınlaşaraq ayaqqabısı çıxarıb və qeydlər olan kağızları əzməyə başlayıb. 

"Strasburqda İtaliayada istehsal olunan bir ayaqqabı ilə Moscovicin yazdığı, ölkəmizinin əleyhinə olan yalan dağlarını əzdim. İtaliya hörmətə layiqdir, biz başımızı əyməyəcəyik", deyə o sosial şəbəkədə mesajını paylaşıb.  

Qarşı tərəfin də cavabı özünü çox gözlətməyib. "Qərar və mətinləri ayaqqabı ilə əzənlərin nə demokratiya, nə də qaydalara hörməti var. Onların vəzifələrinə belə hörməyi yoxdur". 

Xatırladaq ki, AB İtaliyanın 2019-cu il üçün büdcə layihəsində ciddi maliyyə pozuntuları olduğunu əsas gətirərək qəbul etməyib.