Prezident seçkiləri vaxtından əvvəl keçirilməyəcək

24 Oktyabr, 2017 15:53 | Siyasət | Baxış sayı: 128
Seçkilər
Seçkilər

Petro Poroşenko bəyanat verdi

Ukraynada prezident və Ali Radaya deputat seçkiləri vaxtından əvvəl keçirilməyəcək.

Bunu Ukrayna Prezidenti Petro Poroşenko Regional İnkişaf Şurasında çıxışı zamanı deyib.

P.Poroşenkonun sözlərinə görə, növbəti prezident və parlament seçkilərinə start verilməsinə bir ildən az vaxt qalıb. “Bu müddətdən səmərəli şəkildə yararlanmaq, islahatları davam etdirmək lazımdır”, - deyə Ukraynanın dövlət başçısı bildirib.

Ukraynada növbəti prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.