Ermənistanda görünməmiş aclıq başladı

24 Oktyabr, 2017 12:38 | Siyasət | Baxış sayı: 181
Ermənistanda yoxsulluq
Ermənistanda yoxsulluq

Uşaqlar acından ölür

Ermənistanda əhalinin 45 faizi yoxsulluq həddindədir.

İstiPress xəbər verir ki, bunu mətbuat konfransında jurnalistlərə sosial araşdırmalar mərkəzinin direktoru Aqaron Adibekyan deyib. Adibekyanın sözlərinə görə, uşaqların məktəbə getməməsinin səbəbi aydındır. Onların nəinki isti paltar və ayaqqabısı yoxdur, həm də acdırlar - sosioloq qeyd edib.

Onun fikrincə, yoxsulluq gələcək nəslin inkişafına neqativ təsir göstərir. Və bu yoxsulluq davamlı şəkildə rişə atır. Bugünkü kimi dəhşətli vəziyyət heç vaxt qeydə alınmayıb.

Adibekyan qeyd edib ki, Ermənistan ÜDM-nin səviyyəsinə görə 135-ci yerdədir. Yoxsulluğun qarşısını almaq üçün dərhal tədbirlər görülməlidir. Çünkin yoxsulluq hər şeydən əvvəl uşaqların psixoloji durumuna mənfi təsir göstərir.

Sosioloq sonda qeyd edib ki, Avropada yoxsulluq həddi 25 faiz, ABŞ-da isə 20 faizdir.