Erməni tələbələr əsgərlikdən qaça bilməyəcək

24 Oktyabr, 2017 10:45 | Siyasət | Baxış sayı: 66
Erməni əsgəri
Erməni əsgəri

Möhlət hüququ ləğv edilir

Ermənistanda gənclər hərbi xidmətdən möhlət hüququndan məhrum edilirlər. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə,  bu barədə Təhsil Nazirliyinin rəhbəri Levcon Mkrtçyan məlumat verib. Onun sözlərinə görə, erməni tələbələrin də başqa kateqoriyadan olan vətəndaşlar kimi ordudan möhlət haqı olmalaı deyil. 

"Hamı xidmət etməlidir. Mən hər zaman demişəm ki, ermənilər vətənləri qarşısında öz borclarını yerinə yetirməlidirlər. Hər kəs eyni haqqa sahib olmalıdır". 

O, deyir ki, bu yanaşma heç kimin təhsil hüququnu da pozmayacaq. Nazir deyib ki, ancaq təbiət elmləri üzrə təhsil alanlar  möhlət hüququ saxlaya bilər. Çünki8 burada elm əldə etmək üçün fasiləsiz təhsil almaq şərtdir. 

Görünür artıq əhalisi azalan Ermənistanda cəbhəyə belə göndərməyə adam tapmırlar. bütün bunlara səbəb isə demoqrafik böhrandır. Çünki aclıq və səfalət içərisində olan əhali ya ölkədən qaçır, ya da ümumiyyətlə 1 və ya 2 uşaq dünyaya gətiməklə kifayətlənir ki, onları da hərbi xidmətdən saxlamaq üçün əlindən gələni edir.