Vurğun Əyyub vəfat etdi

24 Sentyabr, 2019 13:04 | Siyasət | Baxış sayı: 202
Vurğun Əyyub
Vurğun Əyyub

TQDK-nın keçmiş sədri bu gün keçinib

Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub vəfat edib. V.Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib. Məlumata görə, o bu gün Hövsan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.

eyd edək ki, 62 yaşlı V. Əyyub ADR Hərəkatının sədrinin I müavinidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan V. Əyyub komaya düşüb. Ağır xəstəlikdən əziyyət çəkən keçmiş sədrin bir neçə gün qabaq vəziyyəti ağırlaşmışdı. 

Onun dünyasını dəyişməsi barədə məlumat yayaılsa da bu öz təsdiqini taapmamışdı. “Son günlər durumunu narahatlıqla izlədiyimiz Vurğun Əyyubun səhhəti ağırlaşsa da, o yaşamaq eşqi ilə həyat uğrunda mübarizəsini davam etdirir". Bunu “Azərbaycan Demokratiya və Rifah" Hərəkatının sədri Qubad İbadoğlu V.Eyyubun ölümü ilə bağlı yayılan xəbərləri şərh edərkən bildirib.