Tramp: "Ərdoğan dostum oldu"

24 Sentyabr, 2019 09:43 | Siyasət | Baxış sayı: 97
R.T.Ərdoğan və D.Tramp
R.T.Ərdoğan və D.Tramp

Ağ ev rəhbəri keşiş Bransona görə türk liderə təşəkkür edib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyə lideri Rəcəb Tayip Ərdoğan bu ölkədə həbs edilmiş amerikalı rahib Endryu Bransonun azadlığa buraxılması ilə bağlı danışıqlardan sonra onun dostu olub.

"Ötən il mənim dostum olan çox güclü insan R.T.Ərdoğanla aparılan qısa danışıqlardan sonra keşiş Bransonu evinə qaytardıq". Bu barədə o Nyu-Yorkda BMT-nin qərargahaında keçirilən tədbirdə çıxışında bildirib.

"Mən prezidentə zəng etdim və dedim ki, "keşiş günahkar deyil". Prezident Ərdoğana təşçəkkür etmək istəyirəm". 

Xatırladaq ki, Branson 2016-cı ildə FETÖ lideri Fətullah Gülən, eləcə də PKK ilə əlaqədə ittiham edilərək həbs edilmişdi. Bir müddət sonra o ev həbsinə buraxılmışdı. Ötən ilin oktyabr ayınd aisə həbs qərarı aradan qaldırılıb və o ABŞ-a göndərilib.