Putin Əliyevlə görüşəcək - Soçidə

24 Sentyabr, 2019 14:36 | Siyasət | Baxış sayı: 121
İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Görüş Valday klubunun iclası çərcivəsində baş tutacaq

Rusiya prezidenti Vladimir Putin bir neçə dövlət başçısı ilə oktyabrın 3-də Valday Klubunun sessiyasına qatılacaq. Bunu prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, sessiyada Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Filippin Prezidenti Duterte iştirak edəcəklər. Peskov bildirib ki, Valday klubunun iclası Soçidə baş tutacaq və liderlər orada çıxış edəcək. "Putin öz həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək". 

Qeyd edək ki, Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı 30 sentyabr - 3 oktyabr 2019-cu il tarixlərində Soçidə keçiriləcək. Bu ilki mövzu "Şərqin şəfəqi və dünya siyasi sistemi"dir.