Bakıda “Qafqaz Qartalı - 2019” belə başladı VİDEO

24 Sentyabr, 2019 09:20 | Siyasət | Baxış sayı: 36
"Qafqaz Qartalı - 2019"
"Qafqaz Qartalı - 2019"

Üç ölkə oktyabrın 1-nə kimi tapşırıqları yerinə yetirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb.

Təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqlar yerinə yetiriləcək.

Oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir.