Tramp ermənilərin ümidlərini sabun köpüyünə çevirdi

24 Sentyabr, 2018 14:57 | Siyasət | Baxış sayı: 135
Donald Tramp
Donald Tramp

Paşinyanın Amerika arzusu

Ermənilərin ABŞ prezidentinə bağladıqları ümidləri də sabun köpüyü kimi partladı. Donald Trampın ABŞ-da keçirilən prezident seçisindəki qələbəsindən sonra bir çox eskertlər onun Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyəcəyini deyirdi.

Yerli müəlliflərin yazdıqlarına görə, Bakıda Qərb bazarına çıxışı olan neft və qaz kəmərlərinin inşaası davam edir, müxtəlif beynəlxlaq forumlarda Vaşinqtona dəstək nümayiş etdirilir. 

Təsadüfi deyil ki, ABŞ prezidenti Tramp azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi təbrik məktubunda yazırdı: "Mən sizin təhlükəsizlik, terrorla mübarizə sahəsində tərəfdaşlığınızı, eləcə də uzun müddətli ticari əlaqələrimizi yüksək qiymətləndirirəm". 

Bu məktub heç şübhəsiz ki, erməni politoloqların kefini çox pozmuşdu. Amma Ermənistanın milli bayramında ABŞ prezidenti adından bu ölkəyə göndərilən təbrikdən sonra ümidlənmişdilər. Hətta Nikol Paşinyanı bu ölkəyə görüşlər keçirmək üçün yola salmağa hazırlıqlar, hansı reyslə, nə zaman uça biləcəyi barədə müzakirələr başlamışdı. Lakin Tramp baş nazirlə görüşdən imtina etdi. Bu barədə "168 Jam" yazır. Dövlət katibinin də erməni nazirlə görüş üçün vaxtı olmayıb. Budur onların ümidləri yenə puç oldu. 

İndi bütün ümid XİN  rəhbərinədir. Amma onun da ABŞ-da rəsmi şəxslərdən kiminləsə görüşə biləcəyi sual altındadır? 

Paşinyanın hakimiyyətə gəlməsindən sonra İrəvan siyasətçiləri ABŞ-a böyük meyillərinə baxmayaraq Vaşinqtondan gözlədikləri dəstəyi ala bilmədilər. Xüsusi ilə Dağlıq Qarabağ məsələsində. 

Paşinyan iusə bunun üçün hətta öz starateji tərəfdaşı olan Rusiya ilə münaqişəyə də getmişdi. Nəticədə iki ölkə arasında münasibətlər daha pisləşdi.

Bu gün tam əminliklə demək olar ki, D.Tramp Paşinyan və onun komandasına aydın şəkildə anladıb ki, "siz bizi maraqlandırmırsınız".