Rusiya Suriyaya S-300 verir

24 Sentyabr, 2018 15:34 | Siyasət | Baxış sayı: 46
S-300 zenit raket kompleksi
S-300 zenit raket kompleksi

Bu həftə Suriyada 15 hərbçisini itirən Rusiyanın müdafiə nazirindən qorxudan açıqlama

"Rusiya yaxın iki həftə ərzində Suriyaya müasir S-300 raketdən müdafiə kompleksini təqdim edəcək. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. "O, 250 km məsafədən hava hücumunun qarşısını almaq, eyni zamanda bir neçə hava hədəfini vurmaq imkanına malikdir". 

Şoyqu deyib ki, Rusiya hələ 2013-cü ildə Dəməşqə adıçəkilən kompleksin verilməsini dayandırmışdı. Ancaq indi vəziyyət dəyişib. Özü də Moskvanın günahı üzündən yox. 

Onun sözlərinə görə, "S-300"lər Suriya Hava Hücumundan Müdafiə Sistemini əhəmiyyətli dərəcədə gücləndirəcək, hava məkanına nəzarət imkanı yaradacaq. 

Şoyqu əlavə edib ki, Suroyada Rusiyaya məxsus "İl-20" təyyarəsinin vurulmasından sonra atılan addımlar  "isti başlar"ı soyudacaq və onları Rusiya hərbçilərini təhdid edən düşünülməmiş addımlardan qoruyacaq.

Xatırladaq ki, Aralıq dənizi üzərində vurulan və içərisində hərbçilərin olduğu Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib. İsrail pilotu "İl-20"dən qalxan kimi istifadə edib, onu Suriyanın zərbələrinin hədəfinə çevirib.