Ermənistanda ən darıxdırıcı seçki

24 Sentyabr, 2018 09:18 | Siyasət | Baxış sayı: 102
İrəvanda seçki
İrəvanda seçki

Ölkənin keçmiş prezidentlərindən heç biri seçkini saymadı

Ermənistanda ölkə tarixin ən darıxdırıcı seçkisi bitdi. İrəvan Ağsaqqalar Şurasına keçirilən seçkini ölkənin məşhur "panarmenian" portalı məhz bu cür təqdim edib.

Bu seçkinin inqilabdan sonra ilk olmasına baxmayaraq o nəinki darıxdırıcı, həm də pisa göstəricilrə malik olub. Seçici fəallığı da tarixdəki ən aşağı səviyyələrdən birini göstərib - 34, 2 faiz. Görünür ki, "məxməri" inqilab artıq paytaxt sakinlərini bezdirib.

Jurnalistlər seçkidə ölkənin keçmiş prezidentlərindən heç birinin iştirak etməməsinə diqqət çəkiblər. Onlardan ancaq Robert Koçaryanın buna əsaslı səbəbi olub. 

Yerli mətbuatın məlumatına görə, Apelyasiya məhkəməsinin onun azad edilməsi haqqında qərarına baxmayaraq eks prezidentin pasportu xüsusi xidmət orqanlarındadır.

Koçaryan azadlıqda olsa da, ona qarşı sürülən ittihmalar hələ qüvvədə saxlanılıb. Keçmiş prezidentin vəkillərinin sözlərinə görə, qanunla sənədlər qaytarılmalı idi. Amma erməni inqilabı dövründə qanuna əməl edən kimdir? Əsas odur ki, yeni erməni diktator Paşinyanın sözləri keçsin.