Azərbaycanda döyüş hazırlığı planına əsaslanan yarış başladı VİDEO, FOTO

24 Sentyabr, 2018 16:47 | Siyasət | Baxış sayı: 149
Tank
Tank

Orduda "Ən yaxşı tank bölüyü” seçiləcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda  “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar başlayıb.

Nazirlikdən İstiPress-ə verilən məlumata görə, yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılmasıdır. 

Nəticələrin dəqiq hesablanıb qiymətləndirilməsi məqsədilə yaradılan komissiya yarışlara cəlb olunan heyətlərin taktiki və fiziki hazırlığı, atış və sürücülük bacarığı üzrə məqbulları qəbul edəcək.

Sonda ümumi nəticələr hesablanaraq “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışın qalibləri mükafatlandırılacaq.