Rusiyanın müdafiə naziri Bakıya gəlir

24 Avqust, 2020 14:48 | Siyasət | Baxış sayı: 67
Sergey Şoyqu
Sergey Şoyqu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək.

İstiPress-in məlumatına görə, müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək. Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də deyil, 25-də baş tutacağı gözlənilir.

Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə reallaşır.