Rusiya, İran və Küveyt Ermənistanı gizli silahlandırır

24 Avqust, 2020 10:27 | Siyasət | Baxış sayı: 199
Rusiyanın "Solntsepelek" yaylım atəşi sistemi
Rusiyanın "Solntsepelek" yaylım atəşi sistemi

Ermənistan ordusu tərəfindən Tovuzda Azərbaycanın dövlət sərhədinə təxribat hücumları edilən zaman Rusiyadan Ermənuistana silah daşınmasında iki müsəlman ölkə - İran və Küveyt də iştirak edib. 

İstiPress-in məlumatına görə, bu barədə "day.az" portalında bu gün dərc edilmiş məqalədə qeyd edilib. 

Məqalədə bildirilir ki, həmin günlərdə Rusiya hərbi təyyarələri indiyə kimi məlum olan və Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya lideri Vladimir Putinlə söhbəti zamanı izah tələb etdiyi Minvod - Aktau - Türklmənbaşı - Rəşt - Meğri - İrəvan marşrutuindan əlavə yoollarla da Ermənistana silah daşıyıblar. 

Məqalədə qeyd edilir ki, həmin günlər Rusiya Hərbi Hava Qüvvələrinin İl-76TD hərbi nəqliyyat təyyarələri də  Tehran - İrəvan və Əl-Küveyt - İrəvan marşrutu ilə uçuşlar ediblər. Əldə edilən məlumatlara görə, QFZ 9958 və QFZ 9959 nömrəli yük uçuşları gizli olub, çünkli "göyərtə" Rusiya silahları və hərbi texnikası ilə dolu olub.

"Təbii ki, bu,  qanunsuz və gizli olub - Rusiya imzaladığı bütün beynəlxalq anlaşmaları  və saişləri pozaraq  Ermənistanı pərdə arxasından silahlandırmaqla kifayətlənməyib...  Küveyt vasitəsilə də bu ölkədə istehsal olunan hərbi texnikanı Ermənistana çatdırıb",- deyə məqalədə bildirilir.