Azərbaycan hərbçiləri erməni diversiya-kəşfiyyat qrupunun komandirini əsir götürdülər

24 Avqust, 2020 10:55 | Siyasət | Baxış sayı: 61
Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

İstiPress-ə bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.

Azərbaycanın Müdafiə Nazirliyi bir daha bəyan edib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.