İƏT-in baş katibi Bakıda

24 Avqust, 2019 16:10 | Siyasət | Baxış sayı: 21
Yusif bin Əhməd Əl-Osaymini Bakıda
Yusif bin Əhməd Əl-Osaymini Bakıda

Yusif bin Əhməd Əl-Osayminini prezident də qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT_ Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib. Dövlət başçısı Yusif bin Əhməd Əl-Osayminin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycanla əməkdaşlığa verdiyi önəmə görə ona təşəkkürünü bildirib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının çox mühüm üzvü olduğunu vurğulayan qonaq ölkəmizin dünyada sülhün və təhlükəsizliyin, o cümlədən müsəlman aləmində İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə verdiyi töhfəsinin əhəmiyyətini qeyd edib.

Görüşdə ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqun genişləndirilməsində mühüm rol oynadığı qeyd edilib, Azərbaycanın dünyada bütün dinlərin və məzhəblərin sülh şəraitində birgə yaşadığı nümunəvi ölkə olduğu bildirilib, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.