Ermənistandan Rusiyaya çox böyük düşmən addımı

24 Avqust, 2018 09:58 | Siyasət | Baxış sayı: 749
"Sasna Tserer" İrəvanda hərbi qiyam qaldıran zaman - 2016-cı il
"Sasna Tserer" İrəvanda hərbi qiyam qaldıran zaman - 2016-cı il

“Rusiyalı sərhədçiləri çıxarmaq, bütün Rusiya telkanalarının yayınını dayandırmaq lazımdır”

İrəvanda hesab edirlər ki, Rusiyadan yaxa qurtarmaq lazımdır.

“Rusiyalı sərhədçiləri tezliklə erməni sərhədçiləri ilə əvəz etmək lazımdır və bütün Rusiya telkanalarının yayınını dayandırmaq lazımdır”. Bu barədə jurnalistlərlə söhbətində “Sasna-Tsrer” qrupasının mətbuat katibi Avetisyan bildirib.

O, həm də təklif edib ki, xarici siyasətdə Rusiya yönümündlən imtina etmək və yalnız qərbə istiqamətlənmək lazımdır. Həm də bəyan edib ki, bu qruplaşmanın bazasında Rusiya əleyhinə siyasi partiya yaradılajaq

Yada salaq ki, “Sasna Tsrer” qrupu 2016-cı ildə İrəvanda polisin post-patrul alayının ərazisini tutmuşdu. Hücum nəticəsində bir polis ölmüşdü, 4 polis isə yaralanmışdı. Qruplaşma onda Serj Sarkisyanın istefasını tələb edirdi.

Paşiyanın hakimiyyətə gəlməsindən sonra bu terror qruplaşmasının 27 üzvü azad edildi. Bəzi ekspertlər hesab edir ki, Nikol Paşiyan da baş nazir olmazdan qabaq bu erməni terror qruplaşması ilə eyni tələblər qoyurdu.