Qətər səfirini İrana geri qaytarır

24 Avqust, 2017 07:27 | Siyasət | Baxış sayı: 28
Doha, Qətər
Doha, Qətər

Qətər səfirini İrana geri qaytarır.

İstiPress-in xəbərinə görə, bu barədə Qətər xarici işlər nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, Qətər bütün sahələrdə İranla ikitərəfli münasibətlərin möhkəmləndirilməsində maraqlıdır.

Qətər Tehrandakı səfirini 2016-cı ilin yanvarında geri çağırıb. Buna İranda Səudiyyə Ərəbistanının səfirlik və konsulluğuna edilən hücum olub.