Dövlət Departamenti: ABŞ Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir

24 Avqust, 2017 10:11 | Siyasət | Baxış sayı: 21
ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

"Biz onlarla qarşılıqlı faydalı əməkdaşlıq sahələri tapmağa cəhd edirik"

ABŞ Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir və iki ölkə arasında əməkdaşlıq sahələri axtarır.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert deyib.

O, bildirib ki: "Biz indiki administrasiyanın işə başladığı vaxtdan Birləşmiş Ştatlar və Rusiya arasında etimadın aşağı səviyyədə olduğunu bildirmişik. Biz bunu istəmirik. Biz onların hökuməti ilə münasibətləri yaxşılaşdırmaq istərdik. Biz onlarla qarşılıqlı faydalı əməkdaşlıq sahələri tapmağa cəhd edirik".