Azərbaycan ABŞ-la rusları barışdırır

24 Avqust, 2017 08:07 | Siyasət | Baxış sayı: 131
Viza
Viza

Bakı ruslar üçün ABŞ-a qapı ola bilər

Amerika Birləşmiş Ştatları və Rusiya arasında  gərginlik artır. Bu günlərdə isə münasibətləri gərginləşdirəcək daha bir addım atılıb. Belə ki, Rusiyadakı ABŞ səfirliyi avqustun 23-dən etibarən bu ölkənin vətəndaşlarına qeyri-immiqrasiya xarakterli vizaların verilməsini dayandırır. Rus mətbuatı ABŞ-ın bu addımı Rusiyada amerikalı diplomatların sayının azaldılması ilə əlaqələndirib. 

Ancaq ABŞ səfirliyi vizaların verilməsinin 1 sentyabr tarixindən yenidən bərpa olunacağını bildirib. Konsulluqlarda isə vizaların verilməsi qeyri-müəyyən müddətə dayandırılıb. Viza almaq üçün müraciət edənlərlə əvvəllər təyin edilmiş müsahibələr isə ləğv edilib. 

Belə olan təqdirdə rusların ABŞ-a gediş-gəlişinin təmin olunması üçün vizanın alınmasında başqa dövlətlər qapı rolunu oynaya bilər. Ən optimal variant Bakı sayılır ki, buradan hər həftə Nyu-Yorka 3 birbaşa reys işləyir.

Bununla yanaşı, Azərbaycanda bir çox turizm mərkəzləri fəaliyyət göstərir ki, ruslar bu tur-paketlərdən də yararlana bilər. Azərbaycanda öz qonşuları Gürcüstan və Ermənistandan fərqli olaraq orta və ali məktəblərdə rus dilində təhsil var.