ABŞ daha 4 ölkəyə viza qadağası qoyur

24 Avqust, 2017 11:36 | Siyasət | Baxış sayı: 102
Viza sənədi
Viza sənədi

Müvafiq müraciət Dövlət Departamentinə ünvanlanıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-ın deportasiya məsələləri üzrə Daxili Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıqdan imtina edən ölkələrin vətəndaşlarına viza verilməsini dayandırmağı planlaşdırır. 

Nazirlikdən telekanala bildiriblər ki, müvafiq müraciət Dövlət Departamentinə ünvanlanıb. Amma konkret hansı ölkələrdən söhbət getdiyi açıqlanmayıb. Məhdudiyyətlərin deportasiya olunmuş şəxsləri qəbul etməkdən imtina edən və ya bu proseduru təxirə salan ölkələrə şamil ediləcəyi gözlənilir.

CNN telekanalı mənbəyinə istinadən bu ölkələrin Kamboca, Eritreya, Qvineya və Syerra-Leone olduğunu xəbər verib.//report