Yaxınları şəhidin 20 yaşını qeyd etdi

24 İyul, 2020 14:57 | Siyasət | Baxış sayı: 221
Şəhid Ramin Abdulrəhmanovun məzarı
Şəhid Ramin Abdulrəhmanovun məzarı

Bu gün şəhid Ramin Şövkət oğlu Abdulrəhmanovun doğum günüdür.

İstiPress-in şimal bürosunun məlumatına görə, 2019-cu il sentyabr ayının 22-də düşmənlə təmas xəttində şəhid olan Ramin Abdulrəhmanovun meyiti neytral zonada qalıb və Qırmızı Xaçın köməyilə şəhidin nəşi Azərbaycana qaytarılıb.

Qubanın Qırmızı qəsəbə yaşayış məntəqəsinə - ata evinə gətirilən Raminin cənazəsi 2019-cu il sentyabr ayının 24-də Quba şəhər qəbristanlığında dəfn edilib.

Ailə üzvlərinin sözlərinə görə, Ramin Abdulrəhmanov 2019-cu ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən həqiqi hərbi xidmətə çağrılmışdı.

Ailənin 2-ci övladı olan Ramin Abdulrəhmanovun bu gün 20 yaşı tamam olur. Ailə üzvləri, yaxınları şəhidin məzarına ziyarət ediblər.