Putin Tovuz döyüşləri haqda danışdı

24 İyul, 2020 17:42 | Siyasət | Baxış sayı: 3867
Vladimir Putin
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti “Rusiya üçün çox həssas” adlandırıb.

İstiPress-in TASS-a istinadən məlumatına görə, Rusiya lideri bu fikri Təhlükəsizlik Şurası daimi üzvlərinin bu gün keçirilən iclasında deyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, iclasda "Bu respublikaların sərhədində davam edən kəskinləşmə fonunda Rusiyanın MDB ölkələri, o cümlədən Azərbaycan və Ermənistanla münasibətləri müzakirə edilib".