Ermənilər Moskvada azərbaycanlıların ermənilərə hücumu barədə yalan xəbər yayır

24 İyul, 2020 12:18 | Siyasət | Baxış sayı: 471
Marqarita Simonyan - "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin baş redaktoru
Marqarita Simonyan - "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin baş redaktoru

Ermənilərə yaxın rus saytları və sosial şəbəkənin erməni iştirakçıları ötən gecə Moskvada azərbaycanlılar ermənilərə hücumu barədə xəbər yaymağa başlayıblar.

İstiPress-in məlumatına görə, bu işdə Marqarita Simonyanın rəhbərlik etdiyi "Sputnik" xüsusi fərqlənir, amma REN TV kimi nisbətən obyektiv qurumlar məsələni Moskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava kimi verib.

REN TV-nin məlumatına görə, hadisə Lyublinskaya və Nijnie Polya küçələrinin kəsişməsində qeydə alınıb.

Ümumilikdə davada 30-a yaxın insan iştirak edib. Hadisə yerinə “Rosqvardiya”nın əməkdaşları gəliblər.

Marqarita Simonyanın rəhbərlik etdiyi "RİA Novosti" də Rusiya Daxili İşlər Nazirliyi Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən bildirir ki, davadan sonra 13 nəfər saxlanılıb. Kəsilmiş çiyin yarası olan iştirakçılardan biri xəstəxanaya aparılıb.

Göründüyü kimi heç bir kütləvi hücumdan söhbət gedə bilməz. Adi qruplaşma "razborkasıdır".