Şimali Koreya rus gəmisini tutdu

24 İyul, 2019 08:40 | Siyasət | Baxış sayı: 76
Syanhaylin-8
Syanhaylin-8

Saxlanılan gəmidə 17 nəfər var

Şimali Koreya göyərtəsində 17 dənizçinin olduğu Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb. Bunu "Şimal-Şərq" balıqçılıq şirkətinin direktor müavini Sergey Sedler deyib.

"Syanhaylin-8" gəmisi ilə bağlı hadisə iyulun 17-nə keçən gecə baş verib. Gəmidə 15 Rusiya və iki Cənubi Koreya vətəndaşı olub. Gəmi Yapon dənizinə xərçəng tutmaq üçün yollanıb. Konsul dənizçilərin yanına yalnız iyulun 23-də buraxılıb.

Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəsi bu barədə iyulun 18-də xəbər tutduqlarını bildirib. Nümayəndəlikdən verilən məlumata görə, diplomatlar vəziyyətlə bağlı araşdırmaya başlayıblar. Onlar artıq gəminin heyəti ilə görüşə biliblər.