FHN-də yeni mətbuat katibi - FOTO

24 İyul, 2019 16:54 | Siyasət | Baxış sayı: 132
Fövqəladə Hallar Nazirliyi
Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar naziri bu gün əmr verib

Fövqəladə Hallar Nazirliyinə (FHN) yeni mətbuat katibi təyin olunub.

İstiPress-in məlumatına görə, Gülçin Mehdiyeva nazirin bu günki əmrilə bu posta təyinat alıb.

Gülçin Mehdiyeva İstiPress-in sorğusunda faktı təsdiqləyib və əvvəl də bu şöbədə-ictimaiyyətlə əlaqələr şöbəsində işlədiyini bildirib.

Əslən Xaçmaz rayonundan olan Mehdiyeva ona göstərilən etimadı doğruldacağını bildirib.