Ərdoğan hədələrə meydan oxudu

24 İyul, 2019 13:26 | Siyasət | Baxış sayı: 128
R.T.Ərdoğan
R.T.Ərdoğan

"Hər bir təhdidi aradan qaldıracaq gücə, iradəyə sahibik"

"Qapalı və ya açıq heç bir sanksiya təhdidi Türkiyəni öz haqlı mübarizəsindən çəkindirməyəcək". Bunu Lozan müqaviləsinin 96 illiyi münasibəti ilə yaydığı mesajında prezident Rəcəb Tayyib Ərdoğan deyib.

"Dünyanın ən güclü ordularına qarşı milli mübarizəmiz ölkəmizin müstəqillik sənədi olan Lozan anlaşması ilə taclanıb". 

O, qeyd edib ki, Türkiyə bir əsr öncə olduğu kimi bu gün müstəqilliyinə, vətəndaşlarının hüzur və təhlükəsizliyinə yönəlmiş hər bir təhdidi aradan qaldıracaq gücə, iradəyə sahibdir.

"Şərqi Aralıq dənizi və Suriyada atdığımız addımlar, millətimizin və Kipr türklərinin hüquqularını qorumaq həssaslığımızı ortaya qoyub".