Çin də ABŞ-ı qorxudan silahdan aldı

24 İyul, 2019 13:50 | Siyasət | Baxış sayı: 210
S-400
S-400

"S-400"lər dəniz yolu ilə daşınır

Tükiyədən sonra Rusiya daha bir ölkəyə S-400 raket kompleksi təhvil verməyə başlayıb. Bu dəfə Çin ABŞ-ı qorxuya salan sistemi alır. 

"S-400" sistemi Çinə dəniz yolu ilə aparılır. Bu barədə TASS diplomatik hərbi mənbələrə istinadla yayıb. 

Məlumata görə, kompleksin ilk partiyasını aparan gəmi Ust-Luqa limanından yola salınıb. 

"Türkiyədə olduğu kimi sistemin çatdırılması müqavilədə nəzərdə tutulan vaxtından bir neçə ay öncə reallaşıb".