Prezident İlham Əliyev Gəncə şəhərinə səfərə gəlib

24 İyun, 2020 17:28 | Siyasət | Baxış sayı: 104

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə gəliblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olduqdan sonra bir qrup tibb işçisi ilə görüşüblər.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Gəncə Karvansarayı
Gəncə Karvansarayı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.  Dövlət başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verildi.

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar. Dövlət başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verildi.