İmamoğludan qələbə tesizləri - VİDEO

24 İyun, 2019 09:22 | Siyasət | Baxış sayı: 196
Əkrəm İmamoğlu
Əkrəm İmamoğlu

"Türkiyədə demokratik seçki prosesinə böyük töhfə oldu"

Türkiyənin İstanbul şəhərində iyunun 23-də keçirilən təkrar bələdiyyə seçkilərində qalib gəmiş Cumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlu səsvermələrdəki müvəffəqiyyətini bütün şəhərin qələbəsi adlandırıb.

İstiPress-in məlumatına görə, bu barədə o, NTV telekanalının efirində bildirib.

"Bu seçkiləri partiya yox, bütün İstanbul udub. Mən heç kimdən uzaqlaşmadan hamının xeyrinə işləyəcəyəm. Bu mənim bütün həyatımın ən vacib vəzifəsidir. İstanbul merinin bugünkü seçkiləri Türkiyədə demokratik seçki prosesinə böyük töhfə oldu. Qoy seçkilər ölkəmizə firavanlıq gətirsin.

Son nəticələr yalnız protokollarda olacaq, buna görə hamıya müraciət edirəm - prosesin sonuna qədər yerlərdə olmalı və seçki məntəqələrindən getməməli, çünki proses bitməyib", - deyə o, NTV telekanalının efirində bildirib.

Qeyd edək ki, seçki bülletenlərinin 99 faizdən çoxunun hesablanmasına əsasən İmamoğlu 54 faiz səs toplayıb, onun əsas rəqibi, Ədalət və İnkişaf Partiyasından olan namizəd Binəli Yıldırım isə seçkilərdə 45,1 faiz seçicinin səsini toplaya bilib. Yıldırım və Prezident Rəcəb Tayyib Ərdoğan artıq seçkilərdə qələbə münasibətilə İmamoğlunu təbrik ediblər.