Qarabağ klanının Paşinyan planı

24 May, 2019 11:57 | Siyasət | Baxış sayı: 109
Nikol Paşinyan Qarabağda
Nikol Paşinyan Qarabağda

Ermənistanın baş naziri vəzifə üçün qan tökə bilər

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı əlbirliyi həqiqətən də var. Bu barədə “Jamanak” qəzeti yazır. Qəzetin yazdığına görə, baş naziri öz postundan devirməyə ancaq separatçı rejimin "rəhbərləri" deyil, oliqarxlar, bəzi siyasətçilər, eləcə də Qarabağ klanının nümayəndələri də can atırlar.

Bu məsələ bu günlərdə eks deputatlardan birinin mülkündə keçirilən xüsusi iclasda müzakirə edilib. Qəzet iddia edir ki, hərəkatın iştirakçıları hakimiyyətin devrilməsi üçün hər şeyi edəcəklərinə hətta and içiblər.

Ermənistandakı siyasi qüvvələr də fəallaşıblar. “Daşnaqstyün” artıq baş nazirə qarşı etiraz aksiyası keçirməyə, onun rəhbərlik etdiyi hökumətə “sarı kart” göstərməyə vaxt da tapıb. Keçmiş prezident Serj Sarkisyanın “Respublika” partiyası da xüsusi bəyanatla çıxış edib və Paşinyan rejimi ilə siyasi mübarizəyə davam edəcəklərini elan ediblər.

Bəzi yerli ekspertlər düşünürlər ki, Ermənistanda inqilab hələ ki, şüarlar səviyyəsindədir. Lakin Paşinyan və komandası özünə gəlməli, ayılmalı və düzgün nəticə çıxarmalıdır. Həm də ancaq siyasətdə deyil, eyni zaman da iqtisadi vəziyyətlə bağlı da...

Paşinyan və tərəfdarları da dinc dayanmırlar. Baş nazir artıq xüsusi bəyanatla çıxış edib və bildirib ki, ölkənin Silahlı qüvvələrinin rəhbəri kimi ən sərt addımlar atacaq, istənilən əişbirliyi planını çökdürəcək

Ermənistanda isə sosial  vəziyyət çox çətin olaraq qalır.