Ermənilərin mitinq sevdası

24 May, 2018 10:18 | Siyasət | Baxış sayı: 73
İrəvan
İrəvan

Amerikalılar İrəvanda nə iş görür?

İrəvanda mitinq sevgisi tükənmək bilmir. Etirazlar, nümayişlər, yolları bağlamaq, dövlət idarələrini ələ keçirmək cəhdləri paytaxtda hələ də davam edir. Ölkədəki qarışıqlıq strateji tərəfdaşları olan Rusiya portallarının da gündəmindədir. “Ermənistanda İrəvan meri və baş prokuroru işdən çıxarmağı tələb edirlər”, “ermənilər istənilən bəhanə ilə aksiya edirlər”, “İrəvanda yolları bağlamağın daha bir yolunu tapdılar”, “erməni taksistlər etiraz edirlər” manşetli xəbərlər çoxdur.

Aksiyalardan sonra Ermənistanda əsas şəxsə çevrilən Nikol Paşinyan açıq-aşkar şəkildə davam edən nümayişləri sabotaj adlandırıb. O, dərhal aksiyaların dayandırılmasını tələb edib. Görünür ki, bir müddət öncə məhz onun çağırışı ilə yolların bağlanıb, hərəkət məhdudulaşdırıldığını, hava limanı, dəmir yolunun işinin dayandırıldığını, dövlət quurumlarına hücumun isə adi hala çevrilməsini unudub.

Hətta yerli ekspertlər belə hesab edirlər ki, bu ölkədəki inqilab qərbin köməkliyi ilə baş tutub. Cənubi Qafqazın ən yoxsul ölkəsindəki ABŞ səfirliyində 2 min əməkdaş çalışır. Onların nə ilə məşğul olduğunu isə bir Allah bilir.

Yeri gəlmişkən amerikalılar artıq yeni rejimə 140 milyon dollar kredit ayıra biləcəklərini də elan ediblər. Ona görə də, yerli politoloqlar hesab edirlər ki, əgər Paşinyan mitinq edənləri güc yolu ilə qovmağa qərar versə belə qərb onu ittiham etməyəcək. Nümayişlərdən sonra axı asayişi bərpa etmək lazımdır...