Putin Rusiya vətəndaşı olmaq istəyənləri sevindirdi

24 Aprel, 2020 14:02 | Siyasət | Baxış sayı: 3235
Rusiya pasportu
Rusiya pasportu

Vətəndaşlıq almaq proseduru sadələşdirildi

Rusiya prezidenti Vladimir Putin ölkə vətəndaşlığının alınması proseduru sadələşdirən qanunu imzalayıb.

Yeni qaydaya əsasən Rusiya vətəndaşlığını almaq istəyən şəxs mövcud vətəndaşlığından imtina ərizəsi yazmaya bilər.

Bundan başqa, keçmiş SSRİ ərazisində doğulan, yaşayan və vətəndaşlığı olmayan şəxslər üçün sənəd qəbulu zamanı Rusiya ərazisində azı 3 il yaşamaq, qanuni gəlir mənbəyinin göstərməsi tələbləri də yığışdırılıb.