Trampdan Türkiyəyə böyük dəstək

24 Aprel, 2019 17:39 | Siyasət | Baxış sayı: 315
Donald Tramp
Donald Tramp

ABŞ prezidenti ermənilərin istəyini təmin etməyib

ABŞ Prezidenti Donald Tramp 1915-ci il aprelin 24-də baş verənləri yenə “böyük fəlakət” adlandırıb. 

IstiPress xəbər verir ki, bu məlumatı Türkiyənin "NTV" telekanalı yayıb.

Tramp "soyqırım" ifadəsi işlətməyib. O, həmçinin Ağ Evin adından yayılan bəyanata imza atmayıb, bundan əvvəlki bütün bəyanatlarda presidentin imzası olardı.  

O, 1915-ci il aprelin 24-ü ilə bağlı açıqlamasında həmin günləri “Meds Yeghern” (“Böyük fəlakət”) adlandırıb.