Sarkisyan necə qovuldu?

24 Aprel, 2019 10:19 | Siyasət | Baxış sayı: 192
Serj Sarkisyan
Serj Sarkisyan

Keçmiş prezidentin devrilməsinin bəzi detalları açıqlanıb

Ermənistanda hakimiyyət dəyişikliyinin bəzi detalları açıqlanıb. Erməni parlamentinin spikeri ötən il keçmiş prezident Serj Sarkisyanla müxalif nümayəndələrinin istefa haqqında danışıqlarının bəzi məqamlarına aydınlıq gətirib. 

Qarabağ savaşı, Xocalı faciəsinin müəlliflərindən biri olan Sarkisyan dəfələrlə bildirib ki, istefası haqqında qərarı özü könüllü şəkildə qəbul edidb. Amma sən demə bu heç də belə deyil. Onu buna müxalifət məcbur edib. 

Belə ki, hələ ötən il 2 müxalif deputatla şəhər həbsxanasında olan Nikol Paşinyan (hazırki baş nazir) o zamanki hakimiyyətin nümayəndələri ilə bir araya gəliblər.  Rəhbərliyin adamları bidliriblər ki, Sarkisyan istefaya getməyə hazırdır. Amma payızda. Çünki o Ermənistan üçün bəzi vacib işləri görməlidir. Müxalifət isə buna qəti şəkildə etiraz edib. Gün ərzində Sarkisyanın elçiləri bir neçə dəfə həbsxanaya baş çəkib, "alış-veriş" ediblər. Növbəti dəfə onlar Qarabağ quldurunun yeni istefa tarixini səsləndiriblər - 25 aprel. Müxalifət liderinin cavabı isə dəyişməyib - əgər o yaxın 24 saat ərzində istefa verməsə...  

Axşama yaxın nümayəndələr yenidən həbsxanaya gələrək Sarkisyanın 1 necə saata öz postundan getməyə hazır olduğunu deyiblər.

Bundan sonra bəlli olub ki, keçmiş prezident Sarkisyanın istefası haqqında özünün qərar verməsi barədə dediyi hər şey tamamilə yalandır. O, hakimiyyətdən bacardığı qədər möhkəm yapışmağa çalışıb. Amma görünür ki, xalqını belə o qədər bezdirib ki, ona ikinci şans vermək istəməyiblər.