"Rusiya Azərbaycana S-400 satmaq istəsə..."

24 Aprel, 2019 09:03 | Siyasət | Baxış sayı: 341
S-400 raketi
S-400 raketi

Türkiyə Rusiyadan aldığı S-400-ü Azərbaycana verəcək?

"Ankara Rusiyadan aldığı S-400 Zenit Raket Komplekslərini (ZRK) Qətər və Azərbaycana vermək niyyətində deyil". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, söhbət S-400-lərin Qətər və Azərbaycana yerləşdirilməsi planlarından getmir və bu məsələ heç vaxt müzakirə olunmayıb.

"Bu məlumat daim KİV-də dövr edir. Əslində isə bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş bağlamışıq və indi onların göndəriləcəyi vaxtı razılaşdırırıq. Əgər Rusiya kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, o bunu birbaşa, vasitəçisiz edəcək. Xüsusən də, bu ölkələr arasında yaxşı münasibətlər var".

Xatırladaq ki, Türkiyə mətbuatı Ankaranın müvəqqəti olaraq sözügedən sistemi Qətər və Azərbaycana verəcə biləcəyini yazmışdı.