Ərdoğanın rəqibini vuran kəndli həbsdən buraxıldı

24 Aprel, 2019 15:44 | Siyasət | Baxış sayı: 119
Osman Sarıgün
Osman Sarıgün

Kılıcdaroğlunu vuran Osman Sarıgünün AKP üzvü olduğu ortaya çıxıb

Ankaranın Çubuk rayonunda şəhid əsgərin dəfn mərasimi zamanı Türkiyə müxalifətinin lideri Kamal Kılıcdaroğluya  hücum edən kəndli həbsdən buraxılıb.

İstiPress "YeniÇağ"a istinadən xəbər verir ki, Osman Sarıgün bu gün yenidən məhkəməyə çıxarılıb və onun barəsində həsb qətimkan tədbiri dəyişdirilib. Kılıcdaroğluna hücum edən və saxlanılan şübhəlilərdən qalanları isə daha əvvəl dindirildikdən sonra buraxılmışdı. Araşdırma zamanı Osman Sarıgünün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın lideri olduğu Ədalət və Qalxınma Partiyasının (AKP) üzvü olduğu ortaya çıxıb. 

Xatırladaq ki, dəfn mərasimi zamanı kütlə Kılıcdaroğluan hücum edərək onu linç etmək istəyib. CHP lideri mühafizəçilərin və jandarmanın köməyi ilə yaxınlıqdakı kənd evlərindən birinə sığınıb. Bu zaman kütlə evə hücum edib, evi yandırmaq çağırışları səslənib. Nəhayət əlavə jandarma qüvvələrinin cəlb edilməsindən sonra kütləni sakitləşdirmək və Kılıcdaroğlunu linçdən xilas etmək mümkün olub.

Kamal Kılıcdaroğluna hücum zamanı
Kamal Kılıcdaroğluna hücum zamanı