Bakı aeroportunda tutulan korrupsioner məmuru infarkt vurub

24 Aprel, 2019 18:45 | Siyasət | Baxış sayı: 162
Bakı hava limanı
Bakı hava limanı

O, baş beynin infarktı diaqnozu ilə müalicə olunur

Qırğızıstan Dövlət Gömrük Xidmətinin keçmiş rəhbəri Adamkul Junusov səhhətinə görə məhkəmə prosesinə gələ bilməyib.

İstiPress yerli mənbələrə istinadən xəbər verir ki, o, baş beynin infarktı diaqnozu ilə müalicə olunur. Bunu Junusovun vəkili bildirib.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, müdafiə tərəfi hakimdən cinayət işinin dayandırılmasını xahiş edib. Digər təqsirləndirilənlərin vəkilləri bu vəsatətə qarşı çıxış ediblər.

Məhkəmə məsələni açıq saxlayıb və bildirilib ki, vəsatətə növbəti iclasda baxılacaq.

Xatırladaq ki, beynəlxalq axtarışa verilmiş Adamkul Junusov ötən ilin dekabr ayında Bakıda Heydər Əliyev hava limanında saxlanılıb. Dekabrın 28-də o, Qırğızıstana deportasiya olunub.

Junusov korrupsiyada ittiham olunur, onu dövlətə 167 milyon som (2 milyon 338 min ABŞ dolları – virtualaz.org) zərər vurduğu bildirilir.