Ramiz Mehdiyev: Rüşvətxorluğa son qoyulmalıdır

24 Aprel, 2018 17:41 | Siyasət | Baxış sayı: 231
Ramiz Mehdiyev
Ramiz Mehdiyev

Prezident Administrasiyasının rəhbəri: Bu məsələlər yenidən baş versə...

“Hesab edirik ki, Miqrasiya Xidmətində təmizlik və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son  qoyulmalıdır” 

İstiPress-in məlumatına görə, bunu Miqrasiya Xidmətinin yeni rəisinin təqdimatında çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.

O qeyd edib ki, elə olmamalıdır ki, sabah bu məsələlər yenidən baş  versə, aidiyyatı insanlar məsuliyyətə cəlb olunsun:

“Miqrasiya xidməti demək olar ki, Azərbaycanın qapısıdır və o şəffaf işləməlidir. Ölkəyə, dövlətimizə hörmət gətirməlidir. Əgər hörmət gətirmirsə, deməli, belə bir qurum Azərbaycan dövləti üçün lazımsızdır”.