Putinin ən yaxın dostundan təhdid: "Tramp, Merkeli həbs edəcəyik"

24 Aprel, 2018 15:09 | Siyasət | Baxış sayı: 136
Ramzan Kadırov
Ramzan Kadırov

kadırov qərbli liderlərə xəbərdarlıq etdi

"Əgər ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel və başqa qərb liderləri Çeçenistana gəlsə onlar həbs ediləcək". İstiPress-in məlumatına görə, bunu çeçen lider Ramzan Kadırov deyib. 

O, adıçəkilən liderlərə qarşı çoxdan sanksiya tədbiq etdiklərini qeyd edib. "Burada onların bank hesabları ortaya çıxasa onları da dərhal bağlayacağıq". 

Xatırladaq ki, Kadırovun belə çıxışına səbəb qərb dövlətlərinin Rusiyaya qarşı münasibəti olub. Belə ki, Kanadanın Toronto şəhərində keçiriləcək G7 ölkələrinin xarici işlər nazirlərinin toplantısında Rusiyaya qarşı yeni sanksiyaların daha da genişləndirilə biləcəyi qeyd edilir.