Ermənistanda Qarabağ döyüşçüsü öldürüldü

24 Aprel, 2018 16:44 | Siyasət | Baxış sayı: 245
Məhv edilən erməni əsgərin aşyaları
Məhv edilən erməni əsgərin aşyaları

Hakim partiya xəyanət edən generalı cəzalandırdı

Ermənistanda keçmiş Qarabağ döyüşçülərini birləşdirən “Yerkrapa” birliyinin sədr müavini Nver Hovanisyan ötən gün axşam saatlarında güllələnib.

İstiPress «news.am»a istinadən bildirir ki, Eçmiadzin şəhərində baş vermiş qətlə görə  Ermənistanın keçmiş millət vəkili olan Hakop Hakopyanın rəhbərlik etdiyi dəstə günahlandırılır.

Nver Hovanisyan Serj Sarkisyanın istefa verməsindən sonra öldürülüb. Hakop Hakopyanın adamlarının onu təxribat məqsədi ilə öldürdüyü düşünülür.

Qeyd edək ki, “Yerkrapa” birliyinin sədri general Manvel Qriqoyan dünən bəyanat verərək hakim Respublika Partiyasından ayrıldığını bildirmişdi. Bu qətl onu cəzalandırmaq və Ermənistanda fövqəladə vəziyyət tətbiq etmək üçün hakim partiya tərəfindən də sifariş edilə bilər. 

Nver Hovanisyan
Nver Hovanisyan